Azərbaycan öz tarixi torpaqlarını azad etdikdən sonra dünya ölkələrinin ölkəmizə olan marağı birə-beş artmışdır. Elə bunun nəticəsidir ki, Böyük Zəfərin 1-ci ildönümü ərəfəsində daha bir beynəlxalq tədbir keçirilmişdir. Belə ki, 04 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 8-ci Qlobal Bakı Forumu öz işinə başlamışdır. Forumda dünyanın bir çox ölkələrindən siyasətçilər, ictimai xadimlər və keşmiş prezidentlər iştirak edirdilər. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev giriş nitqi söyləyərək forum iştirakçılarını salamladı. Ölkə başçısı çıxışının əvvəlində Azərbaycanın pandemiyaya qarşı apardığı mübarizə tədbirlərindən danışdı. O qeyd etdi ki, bəzi olkələr pandemiya dövrünü, bəziləri isə postpandemiya dövrünü yaşamaqdadırlar. Azərbaycan bu qlobal bəlaya qarşı mübarizəyə qoşulan ilk ölkələrdən biridir. Pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə qısa müddət ərzində 4 min çarpayı yerlik 13 modul tipli xəstəxana tikilib istifadəyə vermiş, ümumilikdə isə bu işə 46 xəstəxana cəlb edilmişdir. Ölkəmizdə vaksinasiya prosesi də yüksək səviyyədə davam etdirilir. Hazırda ölkədə 18 yaşdan yuxarı əhalinin 60 faizi COVİD 19-a qarşı vaksinin hər iki dozasını qəbul etmişdir və bu proses tam könüllülük əsasında davam etdirilir. Sevindirici hal ondan ibarətdir ki, hazırda ölkə əhalisi vaksinasiya prosesinə fəal şəkildə qoşulub və heç bir yerdə antivaksinasiya prosesinə rast gəlinmir. Artıq ölkədə 3-cü dozanın qəbuluna start verilmişdir. Çıxışının növbəti bölümündə ölkə Prezidenti diqqəti Vətən müharibəsində əldə edilmiş qələbənin üzərinə çəkdi. Vaxtilə yaranmış tarixi fürsətdən istifadə edərək rusların 366-cı motoatıcı alayının və digər rus hərbi birləşmələrinin köməkliyi ilə əliyalın Azərbaycan xalqının üzərinə yeriyərək tarixi torpaqlarımızı işğal edən erməni faşistləri, işğal etdikləri torpaqlardan qeyd-şərtsiz çıxmaları haqqında BMT-nin qəbul etdiyi qətnamalərin tələblərini yerinə yetirmir, mövcud status-kvonu saxlamaq məqsədilə danışıqları uzatmağa çalışırdı. Son dövrlərdə ermənilər nəinki, torpaqları azad etmək haqqında düşünür, hər vəchlə danışıqlar prosesindən boyun qaçırmağa çalışırdı. İki il əvvəl isə Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" ifadəsini işlədərək ülh danışıqlarını dalana dirədi. Bundan əvvəl Dağlıq Qarabağı ayrıca ölkə kimi dünya birliyinə sırımaq istəyən ermənlər özləri-özlərini də təkzib etmiş oldular. Hətta qondarma qurumun "prezidentinin" "inauqurasiya" mərasimini Şuşada keçirən Ermənistanın özü belə, Qarabağı dövlət kimi tanımamışdı. Nikol Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" deməsi isə dünya ölkələrini də çaş - baş salmışdı. Üstəlik də Ermənistanın müdafiə naziri də bəyanat verirdi ki, biz Qarabağın təhlükəsizliyini təmin etmək üçün yeni torpaqlar işğal etməliyik. Necə deyərlər, ermənilərdə quduzluq pandemiya halını almışdı. Ötən ilin 27 sentyabrında başqa çıxış yolu qalmadığı üçün Azərbaycan torpaqlarını işğaldan azad etmək məqsədilə əks hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən Müharibəsində Azərbayca torpaqlarının əksər hissəsini işğaldan azad edərək düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bununla da Azərbaycan BMT təhlükəsizlik şurasının qətnamələrini təkbaşına yerinə yetirərək işğala son qoydu. Bakı forumunda ölkə Prezidenti İlham Əliyevin də vurğuladığı kimi müharibə bitmişdir. Artıq Dağlıq Qarabağ deyilən bir problem də yoxdur. Bundan sonra Azərbaycan və ermənistan bir-birlərinin ərazi bütövlüyünü tanımalı, iki ölkə arasındaki sərhədlərin demarkasiyası və delimitasiyası ilə məşğul olmalı və kommunikasiyaların açılması haqqında düşür nməlidirlər. Ölkə Prezidenti bölgədə sülh və sabitliyin qorunması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini forum iştirakçılarının diqqətinə çatdırdı. Beynəlxalq Bakı forumu Böyük Zəfərin ildönümü ərəfəsində qloballaşan dünyada daha bir mühüm hadisə kimi tarixin yaddaşına həkk olundu. İradə Cəfərova, Xocalı rayon sakini, şəhid ailələsi